Bu ilin ilk 9 ayı ərzində hava nəqliyyatı ilə 255 min ton yük daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Daşınan yüklərin 250,9 min tonu, beynəlxalq, 4,1 min tonu isə daxili hava nəqliyyatının payına düşüb.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə cəmi yüklərin həcmi 21,9%, beynəlxalq nəqliyyatda 22,6% azalıb, daxili nəqliyyatda isə 78,3% artıb.
Hesabat dövründə yük dövriyyəsi 3,9% azalaraq 2 101,5 milyon ton-kilometr təşkil edib.
Beynəlxalq yük dövriyyəsi 2 098,8 milyon ton-kilometr, daxili yük dövriyyəsi isə 2,7 milyon ton-kilometr olub.
Göstəricilər əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,9% azalıb və 80% artıb.
Hava nəqliyyatı ilə yük daşınmasından isə 1 milyard 352 milyon 141,7 min manat gəlir əldə olunub.
Bunun da 1 milyard 351 milyon 107,9 min manatı beynəlxalq, 1 milyon 33,8 min manatı isə daxili yüklərin payına düşüb
Ümumi gəlirlər illik müqayisədə 51,1%, beynəlxalq yüklərin daşınmasından gəlirlər 51,2% aşağı düşüb, daxili yüklərin daşınmasından gəlirlər isə 75,2% artıb.