2023-cü ildə hava nəqliyyatı ilə 357,4 min ton yük daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2022-ci ilin eyni dövrü ilə ilə müqayisədə 49,4 ton və ya 12,1% azalıb.
2022-ci ildə isə hava nəqliyyatı ilə 406,8 min ton yük daşınmışdı.
Cari dövrdə daşınmış yüklərin həcmi 351,6 min tonu beynəlxalq, 5,8 min tonu isə daxili istiqamətlər daşınıb.
Beynəlxalq istiqamətdə daşınmış yüklər illik 51,6 min ton və ya 12,8% azalsa da daxili istiqamətdə 2,2 ton (61,1%) artıb.