2023-cü ildə hava nəqliyyatı ilə 2 milyon 911,6 min nəfər sərnişin daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu 2022-ci ilin eyni dövrü ilə ilə müqayisədə 658,7 min nəfər və ya 29,2% artıb.
2022-ci ildə isə hava nəqliyyatı ilə 2 milyon 253,8 min nəfər sərnişin daşınmışdı.
Cari dövrdə daşınmış sərnişinlərin 2 milyon 184,8 min nəfəri beynəlxalq, 726,8 min nəfəri isə daxili reyslərlə daşınıb.
Beynəlxalq reyslərdə sərnişindaşıma 681,2 min nəfər və ya 45,3% artsa da, daxili istiqamətdə 23,4 min nəfər (3,1%) azalıb.