2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 254 ədəd yük avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 109 ədəd və ya 75,2% artıb.
Xatırladaq ki, 2023-cü ilin yanvar-may aylarında ölkədə 145 yük maşını istehsal edilmişdi.
DSK-nin məlumatına görə, 2024-cü ilin 1 iyun tarixinə anbarlarda hələ satılmayan 60 yük avtomobili var. Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə təqribən 7 dəfə artıqdır. Belə ki, 2023-cü ilin 1 iyun tarixinə satılmayan yük maşınlarının sayı 9 ədəd idi.