2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 1 389 ədəd minik avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 193 ədəd və ya 12,2% azalıb.
2023-cü ilin yanvar-may aylarında bu göstərici 1 582 ədəd təşkil edib.
2024-cü ilin 1 iyun tarixinə hazır məhsul ehtiyatı 276 ədəd təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 468 ədəd yaxud 2,7 dəfə azalıb.
2023-cü ilin 1 iyun tarixinə hazır məhsul ehtiyatı 744 ədəd olub.