Cari ilin yanvar-may aylarında Azərbaycana 56 milyon 773 min dollar dəyərində 3 335 ədəd yük avtomobili idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci iln eyni dövrü ilə müqayisədə yük avtomobillərində idxal göstəricilər dəyər ifadəsi ilə 17 milyon 283 min dollar və ya 43,8%, miqdar ifadəsi ilə 702 ədəd və ya 26,7% artıb.
2023-cü ilin 5 ayı ərzində 39 milyon 490 min dollar dəyərində 2 min 633 ədəd yük avtomobili gətirilmişdi.
1 ədəd yük avtomobilinin orta idxal qiyməti 2024-cü ilin 5 ayına görə 17 min 23 dollar (28 min 940 manat) olub ki, bu da son bir ildə 2 min 25 dollar (3 min 443 manat) və ya 13,5% bahalaşma deməkdir.
Ötən ilin müvafiq dövründə bir ədəd yük maşının idxalı isə 14 min 998 dollar (25 min 498 manat) olub.