Bu ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 12,1 milyon ABŞ dolları dəyərində 309 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 232 ədəd (42,9%), dəyər ifadəsi ilə 10,8 milyon ABŞ dolları (47,1%) azdır.
Belə ki, 2024-cü ilin ilk iki ayında Azərbaycana idxal dəyəri 22,8 milyon ABŞ dolları dəyərində 541 ədəd elektromobil gətirilmişdi.
Hesabat dövründə idxal edilən elektromobillərin bir ədədinin orta idxal qiyməti 39,1 min dollar (66,5 min manat) olub ki, bu da, illik müqayisədə 3,1 min dollar (5,3 min manat) və ya 7,3% azdır.
Ötən ilin ilk ayında idxal olunan elektromobillərin bir ədədinin orta idxal dəyəri 42,2 min dollar ( 71,8 min manat) idi.