Bu ilin ilk 2 ayında Azərbaycan xaricdən 288,9 milyon dollar dəyərində 16 min 758 ədəd avtomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə 2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 3 459 ədəd və ya 26% , dəyəri isə 41,3 milyon dollar və ya 16,7% artıb.
Əvvəlki ildə Azərbaycana 247,6 milyon dollar dəyərində 13 min 299 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, 1 ədəd avtomobilin orta idxal qiyməti bu ilin ik ayına görə 17 min 242 dollar (29 min 311 manat) olub ki, bu da illik müqayisədə 1 377 dollar (2 341 manat) və ya 7,4% azalıb.
Qeyd dək ki, bu göstərici ötən ilin müvafiq dövründə 18 min 619 min dollar (31 min 652 manat) idi
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı 12,1 milyon dollar dəyərində 309 ədəd, hibrid mühərrikli avtomobillərinin sayı isə 146,3 milyon dollar dəyərində 7 min 577 ədəd təşkil edib. Yük avtomobillərinin ümumi sayı 17,3 milyon dollar dəyərində 1 267 ədəd, xüsusi təyinatlı avtomobillərin sayı 6,8 milyon dollar dəyərində 76 ədəd olub.