Cari ilin yanvar-may aylarında Azərbaycana 53 milyon 500 min dollar dəyərində 1 250 ədəd elektromomobil idxal olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-ci iln eyni dövrü ilə müqayisədə elektromobillər dəyər ifadəsi ilə 19 milyon 117 min dollar və ya 56 %, miqdar ifadəsi ilə 438 ədəd və ya 54% artıb.
2023-cü ilin 5 ayı ərzində 34 milyon 383 min dollar dəyərində 812 ədəd elektromobil gətirilmişdi.
1 ədəd elektromobilin orta qiyməti 2024-cü ilin 5 ayına görə 42 800 dollar (72 760 manat), 2023-ci ilin eyni dövründə isə 42 344 dollar (71 985 manat) olub. Beləliklə don bir ildə elektromobillər 456 dollar (775 manat) və ya 1% bahalaşıb.