Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri, Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov və digərləri Azərbaycan-Rusiya sərhədində bir neçə gömrük-sərhəd buraxılış məntəqəsində olub.
Eləcə də bax: Rusiya Azərbaycanla sərhəddə keçid məntəqələrini - YENİDƏN QURACAQ
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
M.Cabbarovun da iştirak etdiyi görüşlərdə məntəqələrdə infrastrukturun modernləşdirilməsi, iki ölkə arasında iqtisadi əlaqələr barədə müzakirələr aparılıb.