Azərbaycan-Rusiya sərhədində keçid məntəqələrinin yenidən qurulmasının 2026-cı ilə qədər başa çatdırılması planlaşdırılır.
Eləcə də bax: Azərbaycan Rusiya sərhədində yük avtomobillərinin - BÖYÜK TIXACI YARANIB
FED.az xəbər verir ki, bunu RF Nəqliyyat Nazirliyinin Dövlət siyasəti departamentinin direktoru Mixail Kokoyev bildirib.
“Bu ilin sonuna qədər Yaraq-Qazmalar keçid məntəqəsinin yenidən qurulmasının birinci mərhələsini başa çatdıracağıq və 10 hərəkət zolağının olacağını əsas götürərək, 1000-ə yaxın avtomobil buraxa biləcəyik. Bundan başqa, bu ilin noyabr ayında Tahirkənd-Qazmalar və Novo-Filya keçid məntəqələrinin tikintisinin layihələndirilməsi haqqında müqavilələr bağlanacaq. 2025-ci ilin sonuna qədər onların da yenidən qurulmasını başa çatdırmağı planlaşdırırıq”, - deyə Kokoyev qeyd edib.
Kokoyevin sözlərinə görə, 2023-cü ildə Tahirkənd-Qazmalar məntəqəsində yük avtomobilləri üçün iki əlavə hərəkət zolağının tətbiq edilməsi qərara alınıb.
Yaraq-Qazmalar keçid məntəqəsində 2020-ci ilin iyul ayından fəaliyyət dayandırılmadan yenidənqurma işləri aparılır. Məqsəd məntəqənin keçid qabiliyyətini artırmaq, nəzarət prosedurları üçün sərf olunan vaxtı azaltmaq, sərhədi keçən vətəndaşlar üçün rahat şərait yaratmaqdır. (İnterfaks-Azərbaycan)