Xəbər verdiyimiz kimi, Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
FED.az xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı 26 oktyabr 2022-ci il tarixdə sərəncam imzalayıb.
Rövşən Rüstəmov 1980-ci ildə anadan olub.
1997-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi almışdır.
2001-2003-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi almışdır.
2004-2007-ci illərdə İqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2004-2012-ci illərdə “Azərpoçt” MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
2012-2014-cü illərdə “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində çalışmışdır.
2014-cü ildə Təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirmişdir. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli Sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilmişdir.
2021-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilmişdir.
Rus və ingilis dillərini bilir.
Ailəlidir.