Prezident İlham Əliyev R.M.Rüstəmovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzaladı.
FED.az xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
***
R.M.Rüstəmovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilsin.