«Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdər Cəmiyyətində (QSC) yüksək vəzifəyə yeni təyinat olub.
FED.az-ın əldə etdiyi məlumata görə Cəfərov Ruslan Ələkbər oğlu «Azərbaycan Dəmir Yolları»nın Daxili Audit idarəsinin rəisi təyin edilib.
Xatırladaq ki, buna qədər R.Cəfərov «AJC» MMC-nin Direktoru və sonra Müşahidə Sədri kimi calışıb.
Ondan əvvəl isə «Standard Sıgorta» şirkətində Direktorlar Şurasının müşaviri, «Delta Group» MMC-nin Maliyyə Rəhbəri, Özbəkistanda fəaliyyət göstərən Mobil operatorun Maliyyə Rəhbəri, «Azercell Telecom» BM-in Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.