Azərbaycanın milli aviaşirkəti “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) 2021-ci ilin əvvəlinə olan borcları açıqlanıb və bu borcların həcmi 2.18 mlrd. manatdan yuxarıdır.
Eləcə də bax: AZAL-ın 2020-ci ildə yığılmış zərəri - 1.8 MLRD.MANATA ÇATIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə “Deliotte” audit şirkətinin AZAL-ın 2020-ci il üzrə maliyyə hesabatında bildirilir.
Rəydə qeyd edilir ki, 1 yanvar 2021-ci il tarixinə AZAL-ın 2 mlrd. 183.79 mln. manat ekvivalentində borc öhdəliyi mövcuddur. Bu borcların 1 184.11 mln. manatı ekvivalenti ABŞ dollarında, 672.52 mln. manatı milli valyutada və 39.39 mln. manat ekvivalenti isə avrodadır.
ABŞ dollarında olan borcların 67.2 milyon manat ekv. sabit faizli müddətli borclar, 6.31 milyon manat ekv. üzən faizli yerli banklardan alınmış müddətli borclar təşkil etdiyi halda, 1 milyard 077.9 milyon manat ekv. üzən faizli və 32.69 milyon manat ekv. orta faizli isə Azərbaycanın Maliyyə Nazirliyinə olan borclarıdır.
Milli valyutada borcların hər biri sabit faizli 624.17 mln. manatı Maliyyə Nazirliyinə və 44.27 mln. manatı yerli banklaradır.
Avro ilə olan borcların da hər biri sabit faizli olmaqla, 35.98 mln. manat ekv. xarici banklar və 3.41 mln. manat ekv. Maliyyə Nazirliyinədir.
Audit rəyində qeyd edilir ki, AZAL-ın borclarının 905.86 mln. manatı bir ildən aşağı olan və 1 mlrd. 277.93 mln. manat ekv. 5 ilədək müddətli olan kreditlərdir.