Bu ilin fevral ayında Azərbaycanın beynəlxalq hava limanları ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çox - 255 min sərnişinə xidmət göstərib.
Eləcə də bax: Azərbaycandan Rusiyaya - BÜTÜN UÇUŞLAR DAYANDIRILDI
FED.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Məlumata görə, 2 ay ərzində bütün hava limanları üzrə sərnişin axını isə 546 min nəfər təşkil edib. Bunun da 80%-i Bakı aeroportunun payına düşüb.
Qərargahı Heydər Əliyev Beynəlxalq Aeroportu olan "Azərbaycan Hava Yolları" QSC AZAL və onun aşağı büdcəli törəməsi - “Buta Airways” müvafiq olaraq 167 min və 52 min sərnişin daşıyıb ki, bu da xidmət göstərilən sərnişinlərin 38%-ni və 12%-ni təşkil edib.
Ötən ay 24 xarici aviaşirkət Bakı hava limanına və əks istiqamətdə - Türkiyə, Rusiya, BƏƏ, Gürcüstan, Ukrayna, Belarus, Qətər, İsrail, Almaniya, Böyük Britaniya, Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirib.
Bu aydan Ukraynada baş verən hadisələrlə əlaqədar bu ölkəyə Ukrayna, eləcə də Rusiya və Belarusa uçuşlar müvəqqəti olaraq dayandırılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının həcmi, uçuş-enmə əməliyyatları, aerovağzal kompleksinin sahəsi və yük kompleksinin tutumu baxımından Azərbaycanın və regionun ən böyük hava limanıdır. Bu obyekti "Skytrax" beynəlxalq hava nəqliyyatı reytinq agentliyi COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə ən yüksək "5 ulduzlu" reytinqə layiq görüb. Bu, sərnişinlərini və əməkdaşlarını koronavirus infeksiyasının yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 tədbirlərinin səmərəliliyinin ən yüksək qiymətləndirilməsidir. (Report)