Nəqliyyat

AZAL Naxçıvana aviabiletlərin satışında - DƏYİŞİKLİK ETDİ

AZAL Naxçıvana aviabiletlərin satışında - DƏYİŞİKLİK ETDİ | FED.az
16:23 29 Avq 2020

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan, Naxçıvan-Bakı aviaresylərinə bilet satışı prosesini asanlaşdırıb.

Eləcə də bax: "Vətəndaşlar zərurət olmadan xaricə - Səfər Etməməlidir"

FED.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. 

Bildirilir ki, tələbatın çox olması səbəbindən aviaşirkətin bu istiqamət üzrə uçuşlarına aviabilet satışı növbə əsasında həyata keçirilir: “Növbəyə yazılmaq üçün çağrı mərkəzimizlə əlaqə saxlamaq və sərnişinlərin sənədlərini saytımızdakı əks əlaqə forması və yaxud aşağıda qeyd olunan votsap nömrələri vasitəsilə yazılı şəkildə göndərmək lazımdır”.

“Azərbaycan Hava Yolları“ həmçinin nəzərə çatdırıb ki, sözügedən uçuşlarla bağlı çağrı mərkəzlərinə telefonla müraciət etmək üçün ehtiyac yoxdur. Həmin əlaqə vasitələri bunlardır:

Bakı-Naxçıvan uçuşları üçün: +994 55 204 65 54 (onlayn forma: https://help.azal.az/hc/az/requests/new…)

Naxçıvan-Bakı reysləri üçün: +994 60 487 30 11 (onlayn forma: https://help.azal.az/hc/az/requests/new…)

Daha ətraflı məlumatı video təlimatdan əldə etmək olar:

“Qafqazinfo”

Digər xəbərlər

Banner