“Bakı-İstanbul istiqamətində reyslərimiz fəaliyyət göstərir”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
“Vətəndaşlarımıza zərurət olmadığı təqdirdə səfərlərini dayandırmağa çağırırıq”, - o əlavə edib.