Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) və "Azərbaycan Hava Yolları" QSC (AZAL) arasında müqavilə imzalanıb.
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub - FOTOLAR
FED.az xəbər verir ki, bunu QDTİB-in prezidenti Serhat Köksal bankın Rəhbərlər Şurasının Bakıda keçirilən 28-ci İllik Toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
"Ötən gün biz AZAL ilə müqavilə imzaladıq. Gələcəkdə energetika sahəsində günəş elektrik stansiyalarına investisiyaları maliyyələşdirəcəyik. Hazırda təfərrüatları təqdim edə bilmərik, lakin danışıqlarımız davam edir. Biz Azərbaycanda logistika, turizm və təhsil daxil olmaqla, bir çox sahələrdə layihələrin həyata keçirilməsi üçün maliyyə cəlb edəcəyik", - o qeyd edib.
Onun sözlərinə görə, bankın məqsədi həm Azərbaycanın, həm də digər ölkələrin inkişafını təmin etmək, eləcə də onlar arasında ticarəti zənginləşdirməkdir: "Bu baxımdan Azərbaycan hökuməti tərəfindən böyük dəstək görürük. Biz bank olaraq Azərbaycan iqtisadiyyatı üçün əlimizdən gələni edirik və etməyə davam edəcəyik". (Report)














