Bu ilin I rübündə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana daşıdığı sərnişinlərin sayı 27 866 nəfər təşkil edib.
Eləcə də bax: AZAL və törəmə şirkəti ötən 2 ayda 365 min sərnişin - DAŞIYIB
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.
Hesabat dövründə aviaşirkətin Gürcüstanın aviasiya bazarındakı payı 4 %-ə bərabər olub.
Pendemiyadan öncə - 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişinlərin sayında 8 601 nəfər və yaxud 45 % artım qeydə alınıb. Azərbaycanın milli avidaşıyıcısının qonşu ölkənin aviasiya bazarındakı payı isə 2 % artıb.
COVID-19 pandemiyası səbəbindən Azərbaycanla Gürcüstan arasında uçuşlar 2020-ci ilin martından bir il ərzində dayandırılmışdı. AZAL-ın aşağıbüdcəli törəməsi olan “Buta Airways” şirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri 2021-ci ilin martın 19-dan bərpa edib. (Report)