“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrılıb.
Tanınmış PR menecer Günel Musa “Financhial Chain Corporation” şirkətinə - TƏYİNAT ALIB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Aysel Süleymanova bildirib ki, alternativ iş təklifi aldığına görə işdən çıxıb: “Dünən AZAL-da sonuncu iş günüm idi. Alternativ iş təklifi aldığıma görə işdən uzaqlaşmışam”.
Xatırladaq ki, A.Süleymanova bu vəzifəyə 2023-cü ilin sentyabrında təyin edilmişdi. Hələ ki, həmin vəzifəyə təyinat yoxdur.