“Financial Chain Corporation” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsi Günel Musaya həvalə edilib.
FED.az xəbər verir ki, Günel Musa Azərbaycan Dillər Universitetinin Filologiya Fakültəsini həm bakalavr, həm də magistr pillələri üzrə fərqlənmə diplomu ilə bitirib.
G.Musa dövlət qurumlarında, eləcə də özəl sektorda 20 ildən artıq peşəkar təcrübəyə malikdir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
“Biz Günel Musanı komandamızda salamlamaqdan məmnunuq, onun təcrübəsi və peşəkar bacarıqları daima inkişaf edən və genişlənən şirkətimizin ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətinə rəhbərlik etməyə zəmin yaratdı” - deyə “Financial Chain Corporation" şirkətinin İdarəedici Partnyoru Zaur Qədirov bildirib.