Bu ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 108 milyon 916,3 min ton yük daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 358,6 min ton və ya 6,2% çoxdur.
Ötən il bu göstərici 102 milyon 557,7 min ton olmuşdu.
Yüklərin 63 milyon 62,5 min tonu fərdi sahibkarlar tərəfindən daşınıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 935,5 min ton və ya 6,7% çoxdur.
Ötən il fərdi sahibkarlar tərəfindən 59 milyon 127,0 min ton yük daşınmışdı.
Hesabat dövründə avtomobil nəqliyyatı ilə yük dövriyyəsi 11 milyard 242,9 milyon ton-km təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 803,8 milyon ton-km və ya 7,7% çoxdur.
Ötən il bu göstərici 10 milyard 439,1 milyon ton-km olmuşdu.
Bu dövrdə yük daşınmasından əldə olunan gəlir 725 milyon 731,8 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 43 milyon 653 min manat və ya 6,4% çoxdur.
Ötən il bu göstərici 682 milyon 78,8 min manat olmuşdu.










