Bu ilin yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 1 milyard 392 milyon 409,7 min sərnişin daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 82 milyon 812 min nəfər və ya 6,3% çoxdur.
Ötən il bu göstərici 1 milyard 309 milyon 597,7 min sərnişin olmuşdu.
Sərnişinlərin 1 milyard 330 milyon 600,2 min nəfəri avtobus nəqliyyatı ilə daşınıb ki, bu da illik müqayisədə 6,6% artım deməkdir.
Taksi nəqliyyatı ilə isə 61 milyon 809,5 min sərnişin daşınıb (artım 0,7%).
Hesabat dövründə avtomobil nəqliyyatı ilə sərnişin dövriyyəsi 21 milyard 759,2 milyon sərnişin-km təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 719,3 milyon sərnişin-km və ya 8,6% çoxdur.
Ötən il bu göstərici 20 milyard 39,9 milyon sərnişin-km olmuşdu.
Bu dövrdə sərnişin daşınmasından əldə olunan gəlir 971 milyon 916,2 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59 milyon 318,8 min manat və ya 6,5% çoxdur.
Ötən il bu göstərici 912 milyon 597,4 min manat olmuşdu.










