Bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 288,3 min ton yük daşınıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 min ton və ya 8,2% azdır.
Ötən il bu göstərici 314,2 min ton olmuşdu.
Yük daşınmasının strukturunda beynəlxalq daşımalar 284,9 min ton təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,0 min ton və ya 8,1% azdır. Bir il əvvəl bu göstərici 309,9 min ton olmuşdu.
Daxili yük daşımaları 3,4 min ton olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 min ton və ya 20,9% azdır. Ötən il bu göstərici 4,3 min ton idi.
Hesabat dövründə hava nəqliyyatı ilə yük dövriyyəsi 2 milyard 330,8 milyon ton-km təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 261,6 milyon ton-km və ya 10,1% azdır.
Ötən il bu göstərici 2 milyard 592,4 milyon ton-km olmuşdu.
Bu dövrdə yük daşınmasından əldə olunan gəlir 1 milyard 666 milyon 482,7 min manat təşkil edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 268 milyon 938,8 min manat və ya 13,9% azdır.
Ötən il bu göstərici 1 milyard 935 milyon 421,5 min manat olmuşdu.










