Sürücü dövlət nömrə nişanındakı ''9''-u, ''8'' edib.
Azərbaycanda taksi fəaliyyəti ilə bağlı dəyişikliklər - NƏ VERƏCƏK? - RÜSUMLAR
FED.az xəbər verir ki, texniki baxışdan yayınmaq üçün sürücülər son illərdə bu üsula əl atırlar.
Dövlət qeydiyyat nişanlarına müdaxilə edən sürücülər əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzinin əməkdaşları tərəfindən aşkar edilir.
Bu sürücü qanunvericiliyin tələblərini pozaraq, ''Zil'' markalı nəqliyyat vasitəsinə təhkim olunmuş ''62-BD-589'' dövlət qeydiyyat nişanlarında ''9'' rəqəmini boya vasitəsilə dəyişərək ''8'' rəqəminə çevirib. Kamazın sürücüsü isə ''01-BM-688'' qeydiyyat nişanına palçıq sürtərək görünüşü çətinləşdirib.
Hər iki sürücü Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib.
"Belə qanunazidd əməl törədən sürücülər nə qədər cərimə olunurlar?"
Qeyd edək ki, texniki baxışdan yayınan sürücülər inzibati qaydada 50 manat, dövlət qeydiyyat nişanına müdaxilə edənlər isə 4 bal və 100 manat məbləğində cərimə edilir. (Xezerxeber.az)