Vaxtilə Avropanın ən böyük regional aviaşirkəti olan Böyük Britaniyanın “Flybe” şirkəti müflis olduğunu elan edib.
“Boeing” bu il 10 min insanı - İŞƏ GÖTÜRƏCƏK
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkət öz saytında şənbə günü bilet satışlarını dayandırdığını və bütün uçuşları ləğv etdiyini, bununla da mümkün iflas siqnalı verdiyini açıqlayıb.
Qeyd edək ki, “Flybe” Böyük Britaniya və Avropadakı 81 hava limanı vasitəsilə ildə təxminən 8 milyon sərnişin daşıyan, epidemiyadan əvvəl Avropanın ən böyük regional aviaşirkəti idi. O, ilk dəfə 2020-ci ilin martında səyahət bazarı pandemiya məhdudiyyətləri ilə üzləşdiyi zaman rəhbərliyə təhvil verilib.