Azərbaycanla İran arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün tikintisinin başa çatdırılması və yaxın 4 ay ərzində istismara verilməsi barədə razılığa gəlinib.
İran və Rusiya Rəşt-Astara dəmir yolunun tikintisinə sərmayə qoyulması ilə bağlı - RAZILIĞA GƏLİB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzirpaş arasında baş tutan telefon danışığında razılığa gəlinib.
Ş.Mustafayev bu yaxınlarda İranın sərhədyanı Astara şəhərində keçirilən görüşə toxunaraq, mütəmadi olaraq yüksək səviyyədə görüşlər keçirdiyinə görə minnətdarlığını bildirib.
O, həmçinin İranın yol nazirini Tehran və Bakı arasında əlaqələrin inkişafı üçün Azərbaycana səfərə dəvət edib. (Trend)