Bakıda yeni marşurut şəbəkəsi artıq hazırlanıb. Yaxın günlərdə yeni şəbəkəninin rəqəmsal əkizlə simulyasiyası həyata keçiriləcək.
AYNA: Bakıda tıxacın azaldılması üçün əsas çıxış yolu mərkəzə gedən avtobus sayının azaldılmasıdır
FED.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.
O bildirib ki, “yeni marşurut şəbəkəsi nəticəsində biz 90% əlçatanlığı təmin edə biləcəyik.
Bizim hesablamalarımıza görə, Bakıda pik saatlardan yüklənməni azaltmaq üçün 2400 avtobusun işləməsi tələb olunur. (Apa)