Hazırda Bakıda effektivliyi aşağı olan avtobus zolaqları var.
Nazir müavini: "Marşrut xətləri azaldılmalıdır"
FED.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.
O qeyd edib ki, hazırda Bakıda əhali daha çox mərkəz və Xətai rayonunda yaşayır: “Səfərlərin əksəriyyəti Xırdalan, Binəqədi istiqamətindən Bakının mərkəzinədir. Araşdırmalarımız göstərir ki, səfərlərin 13 faizində Bakının mərkəzindən tranzit kimi istifadə olunur. Səfərlərin 50 faizi Xətai rayonundan Bakının mərkəzinə doğrudur”.
A.Rzayev qeyd edib ki, yollarda sıxlığın azaldılmasında əsas çıxış yolu Bakının mərkəzinə gedən avtobus sayının azaldılmasıdır. (Apa)