Rusiyanın "Aeroflot" aviaşirkəti martın 12-dən etibarən beynəlxalq sərnişin aviareysi tariflərini azaldıb.
Eləcə də bax: Təyyarə ilə uçan yoxdur - 2400 REYS LƏĞV EDİLDİ
FED.az "apa"ya istinadən xəbər verir ki, bu addım hava səyahətinin əlçatanlığının qorunması məqsədini daşıyır. Tariflərdə endirim Rusiyadan yola düşən bütün beynəlxalq reyslərə tətbiq olunur. Avro ilə ifadə edilən daşınmanın ümumi dəyəri (yanacaqdoldurma daxil olmaqla) orta hesabla 10% azalacaq.
Qeyd edək ki, endirim yalnız ekonom sinif tariflərinə aiddir.
Xatırladaq ki, hazırda "Aeroflot" Moskva-Bakı aviareysi üzrə də uçuşlar yerinə yetirir.