2023-cü ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yük və sərnişin daşımalarından 223 milyon 424,2 min manat (cari məzənnə ilə $131,4 milyon - İF) gəlir əldə edib ki, bu da 2022-ci ilin I yarısının göstəricisindən 26,5% çoxdur.
Azərbaycanın təyyarə ilə yük və sərnişin daşımalarından gəlirləri - 1 Milyard Dollara Yaxın Olub
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Gəlirlərin strukturunda 219 milyon 204,3 min manat yükdaşımaların (artım 25,3%), o cümlədən 188 milyon 427 min manat (artım 27,3%) beynəlxalq yükdaşımaların, 30 milyon 777,3 min manat (artım 14,3%) daxili yükdaşımaların payına düşüb.
Beynəlxalq istiqamətlər üzrə yükdaşımalardan əldə edilən gəlirlərin strukturunda tranzit yük daşımalarının payı 92 milyon 152,9 min manat (artım 27,7%) təşkil edib.
Azərbaycanın dəmir yolları ilə sərnişin daşımalarından 4 milyon 219,9 min manat məbləğində gəlir (artım 2,4 dəfə) əldə edilib və bütün həcm daxili istiqamətlər üzrə daşımaların payına düşüb.
Xəbər verildiyi kimi, 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın dəmir yolları ilə 9 milyon 149,6 min ton yük (artım 6,7%) və 3 milyon 230,5 min nəfər sərnişin (artım 51,8%) daşınıb.
Hesabat dövründə tranzit yük daşımalarının həcmi 3 milyon 531,4 min ton (azalma 5,2%) təşkil edib. (İnterfaks-Azərbaycan)