“Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus “ADY Ekspress” MMC-nin direktoru Əkbər Mədətli vəzifəsindən azad edilib.
"Aztelekom"un filial müdiri "Azərrabitəlayihə"yə direktor təyin olunub
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Azad Qasımova həvalə olunub.
O, bundan əvvəl də – 2022-ci ilin noyabr ayına qədər “ADY Ekspress”ə rəhbərlik edib.
Xatırladaq ki, “ADY Ekspress” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6 912 464 manatdır. Şirkət dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edir. (Report)