Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeliyində "Aztelekom" MMC-ə məxsus "Azərrabitəlayihə" MMC-nin direktoru Kənan Novruzzadə vəzifəsindən azad edilib.
Dövlət şirkətinin Reklam Departamentinə yeni rəhbər təyin olunub
FED.az xəbər verir ki, onun yerinə bu vəzifəyə Nazim Əliyev təyin olunub.
Qeyd edək ki, N.Əliyev bundan öncə "Aztelekom"un Şimal-Şərq Regional Filialının müdiri olub.
Xatırladaq ki, “Azərrabitəlayihə” 1997-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 1,4 min manatdır. (Apa)