"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi - "ADY Konteyner" MMC Türkiyədən Qarabağ iqtisadi rayonuna yükdaşımalara başlayır.
FED.az bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, yüklər qonşu ölkənin Mersin şəhərindən Füzuli rayonunun Horadiz qəsəbəsinə daşınacaq.