Azərbaycan üzərindən tranzit yük daşımalarının 20 milyon tondan artıq olması üzərində işləyirik.
2022-ci ildə ADY-nin yük və sərnişin daşımalarından gəlirləri - 1,4 DƏFƏ ARTIB
FED.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri Emil Məmmədov deyib.
O bildirib ki, tranzit daşımalarla bağlı problemlərin aradan qaldırılması üçün daşıyıcılar arasında sorğu keçirilib.
"Əsas şikayətlər çatdırılma qiymətinin və tariflərin qeyri-şəffaf şəkildə formalaşdırılması və son istifadəçi üçün loqistik həllərin tam şəkildə formalaşdırılmaması, çatdırılma müddəti ilə bağlı idi.
Sorğunun nəticələri atılacaq addımlarla bağlı təhlil edildi. Nəticədə, biz daşıma müddətini 35-50 gündən 16-20 günə endirilməsinə nail olmuşuq. Bu rəqəmin ilin sonuna kimi 15 günə endirilməsi ilə bağlı işlər aparılır.
Tərəfdaşlarla aparılan danışıqlar əsasında fiks tarifin müəyyən edilməsinə də nail olmuşuq. Daha sistematik qiymət siyasətinin və tarif formalaşması üzərində işlər aparılır. Çindən Avropa daşınan yüklərlə bağlı əsas narazılıq yüklərin çatdırılma müddəti ilə bağlıdır. Çindən Qara Dənizə konteynerlərin 20 günə çatdırılmasına nail olmuşuq" - Emil Məmmədov əlavə edib. (Apa)