2022-ci ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC yük və sərnişin daşımalarından 398 milyon 966,2 min manat (cari məzənnə ilə $234,75 milyondan çox - İF) gəlir əldə edib ki, bu da 2021-ci ilin göstəricisindən 40,1% çoxdur.
Dəmiryolunda yükdaşımalar - 17% ARTIB
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
Gəlirlərin strukturunda 394 milyon 139,7 min manat yükdaşımaların (artım 39,3%), o cümlədən 337 milyon 432,4 min manat (artım 37,7%) beynəlxalq yükdaşımaların, 159 milyon 381,4 min manat (artım 94,5%) tranzit yükdaşımaların payına düşüb. Daxili istiqamətlər üzrə yükdaşımalardan 56 milyon 707,3 min manat gəlir (artım 49,6%) əldə edilib.
Azərbaycanın dəmir yolları ilə sərnişin daşımalarından 4 milyon 826,5 min manat məbləğində gəlir (artım в 2,6 dəfə) əldə edilib və bütün həcm daxili istiqamətlər üzrə daşımaların payına düşüb. (İnterfaks-Azərbaycan)