Bu gün açılışı olan “8 Noyabr” stansiyasına daxil olan sərnişinlər digər metrostanaiyalarına keçmək üçün “Memar Əcəmi” stansiyasına gedərək yaşıl xəttə keçəcəklər.
Eləcə də bax: Metronun “8 Noyabr” stansiyası - İstifadəyə Verilib - FOTOLAR
FED.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mərbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, “8 Noyabr” stansiyası 3 səviyyədən ibarətdir:
“Stansiyanın platformasına düşərək qatara minə biləcəklər. Bu stansiyanın mənzili “8 Noyabr”- “Avtovazğzal” stansiyalarını əhatə edir. “8 Noyabr” stansiyasında qatara minən sərnişinlər digər stansiyalara getmək üçün “Memar Əcəmi” metrostansiyasının bənövşəyi xəttindən Yaşıl xəttə keçid edərək ünvan başına gedə bilərlər. Bunun üçün sərnişinlər normal qaydada bir dəfə ödəniş edəcəklər. Stansiyalardan keçiddə əlavə ödəniş tələb edilmir”. (Trend)