Daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha 3 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.
Horadizdən Ağalıya müntəzəm - Avtobus Marşrutu Açılacaq - MÜSABİQƏ
Bu barədə FED.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd edilib ki, müsabiqəyə çıxarılan 134, 168 və 169 nömrəli müntəzəm marşrut xətləridir.
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcəkdir.
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilər.