Gələn ay Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xudat və Bakı-Şabran şəhərlərarası, Horadiz şəhəri (Füzuli rayonu)-Ağalı kəndi (Zəngilan rayonu) rayonlararası, Tərtər şəhəri-Talış kəndi (Tərtər rayonu daxili), Abşeron rayonununun Görədil qəsəbəsi-Xırdalan şəhəri üzrə 592 və Güzdək qəsəbəsi (Abşeron rayonu)-Bakı şəhəri üzrə 553 nömrəli müntəzəm avtobus marşrutları üzrə müsabiqə keçirəcək.
Avtovağzalların təşkil qaydası - MÜƏYYƏNLƏŞİR
Bu barədə FED.az-a AYNA-dan bildirilib.
Məlumata görə, Goradil-Xırdalan və Güzdək-Bakı marşrutları üzrə müsabiqə avqustun 3-də, digər marşrutlar üzrə müsabiqə isə avqustun 4-də keçirəcək.
Marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək olar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.