Ziraat Bank Misir Mərkəzi Bankından Nümayəndəlik kimi fəaliyyət göstərməyə icazə aldığını açıqlayıb. Bu təsdiqlə Ziraat Bank Qahirədə nümayəndəliyini açıb.
"Ziraat Bank Azərbaycan"da əmək haqqı xərcləri - 34% ARTIB
FED.az xəbər verir ki, bankdan verilən yazılı açıqlamada, "Nümayəndəliyimiz müştərilərimiz və müxbir banklar arasında koordinasiyanı təmin edərək, xarici ticarətin inkişafına və iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsinə töhfə verməyi hədəfləyir" ifadəsi işlədilib.
Ziraat Bankın Qahirə nümayəndəliyi Türkiyə ilə Misir arasında ticari və iqtisadi əlaqələrin daha da gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Bu inkişaf bankın beynəlxalq miqyasda daha geniş iştirakına və müştərilərinə daha geniş xidmət şəbəkəsi təklif etməyə imkan verəcək.