Cari ilin II rübündə "Ziraat Bank Azərbaycan"ın əmək haqqı xərcləri 4 milyon 691,6 min manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bankın əmək haqqı xərclərində son bir il ərzində 1 milyon 186,4 min manat (33,8%) artım qeydə alınıb.
2023-ci ilin II rübündə bu göstərici 3 milyon 505,2 min manat təşkil edib.