“YAŞAT” Fondu tərəfindən istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə 6 772 442.30 AZN vəsait xərclənib.
Bu günə qədər "YAŞAT" Fondu 71 milyon manatdan artıq - VƏSAİT XƏRCLƏYİB
FED.az xəbər verir ki, bu Fondun rəhbəri Elvin Hüseynovun açıqladığı statistik rəqəmlərdə qeyd olunub.
Qeyd edilib ki, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə şəhid ailə üzvlərinin 896, itkin ailə üzvlərinin 3 və yaralıların 1 299 müraciəti olmaqla ümumilikdə 2 198 müraciət təmin edilib.
Bundan əlavə, Fondun təşəbbüsü ilə borc öhdəliyinin qarşılanması üzrə müəssisələr tərəfindən 126 392.73 AZN borc ləğv edilib. (Apa)