Yaponiya Mərkəzi Bankı uzun müddətdir davam edən mənfi faiz siyasətini dayandırmaq qərarına gəlib.
Yaponiya dünyada iqtisadiyyatında öz yerini Almaniyaya verib
FED.az xəbər verir ki, Yaponiya Bankı iki günlük iclasdan sonra qısamüddətli faiz dərəcələri diapazonunu 0-dan 0,1 faizədək artırmaq qərarına gəlib. O, faiz dərəcəsini 17 ildən sonra artıraraq, mənfi faiz siyasətindən imtina edən dünyanın ən böyük sonuncu mərkəzi bankı olub.
Yaponiya Mərkəzi Bankının əvvəlki siyasəti koronavirus pandemiyası, Ukrayna müharibəsi və təchizat zənciri problemlərinin yaratdığı inflyasiya ilə mübarizə aparmaq üçün son iki ildə faiz dərəcələrini kəskin artıran digər mərkəzi banklarla ziddiyyət təşkil edirdi.
Qeyd edək ki, Yaponiya mərkəzi bankının yumşaq monetar siyasəti milli valyutanın dəyərinin sürətlə aşağı düşməsinə səbəb olub. (Azərtac)