Yaponiyanın nominal ümumi daxili məhsulu (ÜDM) 2023-cü ilin sonunda dollar ilə ifadədə 4,21 trilyon dollar təşkil edib. Yaponiya Nazirlər Kabineti Aparatının hesabatına görə, bu göstəriciyə görə o, dünyanın üçüncü ən böyük iqtisadiyyatı yerini Almaniyaya (4,46 trilyon dollar) uduzub.
Yaponiyada inflyasiya son 18 ayın ən aşağı səviyyəsinə düşüb
FED.az xəbər verir ki, 2022-ci ildə Yaponiyanın dollar ifadəsində nominal ÜDM-i 4,26 trilyon dollar təşkil etmişdi. Eyni zamanda, 2023-cü il üçün yen ifadəsində bu rəqəm 1,2% artıb. Bu tendensiya son 30 ildən artıqdır ki, ən aşağı səviyyədə olan Yaponiyanın milli valyutasının zəifliyi ilə bağlıdır. Ölkənin real ÜDM-i 2023-cü ildə 1,9% artıb.
Yaponiya iqtisadiyyatı 2023-cü ilin oktyabr-dekabr ayları arasında zəif istehlak və aşağı korporativ sərmayə səbəbindən illik müqayisədə 0,4% azalıb.
ÜDM məlumatları hökumət və Yaponiya Bankı üçün problem yaradır, çünki onlar daxili tələbi stimullaşdırmaq və əmək haqqını artırmaqla iqtisadiyyatı inkişaf etdirməyə çalışırlar. Bundan əlavə, Yaponiya şirkətləri uzunmüddətli investisiyalar sahəsində ehtiyatlı davranmağa davam edirlər ki, bu da inkişaf üçün mənfi faktora çevrilir. (Marja)