Hazırda Rusiya ordusunun nəzarəti altında olan Xerson vilayətində Ukrayna qrivnası dövriyyədən çıxarılacaq.
Eləcə də bax: Xersonda rubl dövriyyəyə - BURAXILIB
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.
“Xerson vilayətində qrivna tədricən dövriyyədən çıxarılacaq və vilayətdə yalnızca rubldan istifadə olunacaq”, - deyə Stremousov söyləyib.
Xatırladaq ki, Rusiya ordusu martın 15-i Ukraynadakı müharibə zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Mayın 31-i isə vilayətdə rubl dövriyyəyə buraxılıb.