Dövlət Gömrük Komitəsi (DGK) 2018-ci ilin yanvar-noyabr ayları üçün ixrac-idxal göstəricilərini açıqlayıb.
FED.az xəbər DGK-ə istinadən xəbər verir ki, bu ilin ilk 11 ayında ölkədən gübrə ixracı 360,7 min dollar, idxalı isə 82 mln 691,5 min dollar təşkil edib.
Xatırladaq ki, 2017-ci ilin yanvar-noyabr ayları ərzində ölkədən xaricə 2 mln 171,7 min dollarlıq gübrə ixrac edilmiş, gübrə idxalı isə 48 mln 663,1 min dollar təşkil edib.
Başqa sözlə bu il yanvar-noyabr aylar ərzində gübrə ixracı ötən ilin eyni dövrünə nisbətən 6 dəfə azalıb. Ölkəyə xaricdən gətirilən gübrənni həcmi isə 60%-ə yaxın artıb.
ELƏCƏ DƏ BAX: Gömrük yığımlarında kəskin azalma – RƏQƏMLƏR AÇIQLANDI