Noyabrda Azərbaycanda gömrük ödənişlərinin məbləğində əvvəlki aylardla müqayisədə kəskin azalma baş verib. FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, noyabrda komitə büdcəyə 274,6 milyon manat ödəyib. Bu əvvəlki ayla müqayisədə 103 milyon manat və ya 27% azdır.
FED.az-ın məlumatına görə, noyabrda gömrükdə yığımların 180,4 milyon manatı və ya bütün yığımların təqribən 66%i ƏDV-nin payına düşür. ƏDV yığımları əvvəlki aya nisbətən 83 milyon manat azalıb.
ELƏCƏ DƏ BAX: "İlin sonuna 2 həftə qalıb, hələ də məlum deyil" - EKSPERT
Noyabrda 72,7 milyard manat gömrük rüsumu toplanıb ki, bu da əvvəlki aydan 21 milyon manat azdır.
Aksiz vergisində isə artım var – oktyabrda toplanan 16,5 milyon manata qarşı noyabrda 17 milyon manat yığılıb.
Noyabrda 4,46 milyon manat yol vergisi toplanıb ki, bu da sentyabrla müqayisədə 0,2 milyon manat azdır.
Ümumilikdə bu ilin ilk 11 ayında Dövlət Gömrük Komitəsi tərəfindən 3 milyard 253,1 milyon manat gömük vergi və rüsumları toplanıb.