Xarici dövlətlərə verilmiş kreditlər üzrə 2020-ci ildə dövlət büdcəsinə daxilolmalar proqnozlaşdırılandan 139,6 dəfə çox olub.
Eləcə də bax: Biznesə verilən güzəştli kreditlər - 40%-Ə YAXIN AZALIB
FED.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, 2020-ci il dövlət büdcəsinə xarici dövlətlərə verilmiş kreditlər üzrə daxilolmalar 2 milyon 381 min manat proqnozlaşdırılsa da, daxilolmaların həcmi 332 milyon 453,4 min manat olub. (Apa)