Sahibkarlığın İnkişafı Fondu (SİF) 2020-ci ildə biznesə veriləngüzəştli kreditlərin həcmini və sayını açıqlayıb.
Eləcə də bax: Azərbaycanda biznes kreditlərinin həcmi üzrə - BANKLARIN RENKİNQİ (01.04.2021)
FED.az xəbər verir ki, pandemiya və onun təsiri ilə tətbiq edilən məhdudiyyətlər və biznesin aktivliyinin aşağı düşməsi özünü güzəştli kreditlərdə də göstərib. Ötən il yerli biznes fonda 908 layihəni maliyyələşdirmək üçün müraciət edib. Layihələrin ümumi məbləği 397 milyon manat olub. Fond bu layihələrə ümumilikd 126,9 milyon manat güzəştli kredit ayırıb. Ayrılan kreditlər layihələrin ümumi məbləğinin təqribən 32%-ni təşkil edib.
Qeyd edək ki, 2019-cu illə müqayisədə fonda təqdim edilən layihələrin sayı 42% azalıb (1573 layihə olmuşdu). Layihələrin ümumi məbləği də 38% azalaraq 639 ilyon manatdan 397 milyon manata enib.
Fondun bu layihələrə ayırdığı güzəştli kreditlərin məbləğində də kəskin ahalma var – 2019-cu ildəki 175 milyon manata qarşı 126 milyon manat.
2019-cu ildə fondun ayırığı məbləğ layihələrin ümumi dəyərinin 27%-ni təşkil edib.
2020-ci ildə Sahibkarlığın İnkişafı Fondunun hər layihyə ayırdığı orta məbləğ 140 min manat təşkil edib. 2019-cu ildə isə bu rəqəm 111 min manat idi.
Ötən il Fondun kreditləri orta hesabla 6,5 il müddətinə ayrılıb. 2019-cu ildə isə bu göstərici 7 il olmuşdu.